Rusiya millisi Bakıya 24 cüdoçu ilə gələcək
Cüdo üzrə Rusiya millisinin Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Fhnews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yığma yarışda 24 idmançı ilə mübarizə aparacaq.
Cüdoçulardan 11-i kişi, 13-ü isə qadındır. Bütün çəki dərəcələrində təmsil olunan Rusiya cüdoçuları yarışda neytral statusda çıxış edəcəklər.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 16-18-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...