Qusarda üzgüçülük üzrə yarış keçirilib
Qusar Olimpiya İdman Kompleksində "Quba - İdman paytaxtı 2024" çərçivəsində və 2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə üzgüçülük üzrə açıq birincilik keçirilib.
Fhnews.az xəbər verir ki, ardıcıl ikinci il təşkil olunmuş turnirdə Qusarın iki komandası, Quba, Bakının Şağan və "Royal Klub" kollektivləri, eləcə də Mingəçevir təmsilçiləri iştirak ediblər. Yarışda, həmçinin Ukrayna üzgüçüsü də mübarizə aparıb.
Oğlan və qızların 50 metr məsafəyə müxtəlif yaş qruplarında sərbəst üsulla üzmə yarışında 11 dəst medal sahibini tapıb.
Həm medal əyarı, həm də mükafat sayında bütün komandaları qabaqlayan “Qusar-1” komandası kubokla təltif olunub.
Kuboku komandanın məşqçisi Marina Murtuzayevaya Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nöhbalayev, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov və Quba və Qusar rayon icra hakimiyyətinin məsul əməkdaşı Anar Məmmədov təqdim ediblər.
Gələn il Bakıda keçiriləcək gimnastika...
İdman gimnastikası üzrə Azərbaycan...
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...