Paytaxt üzrə 51 layihə qalib olub
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində paytaxt üzrə 51 layihə qalib olub. Onlardan 1-i ümumi təhsil müəssisələri kateqoriyası, 50-si isə fərdi kateqoriya üzrə fərqlənib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin əsas məqsədi təhsil müəssisələri, eləcə də müəllimlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...