24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Ölkənin bəzi rayonlarına qar yağır - FAKTİKİ HAVA

15-02-2024

Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 12:00-a olan məlumatına əsasən, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.

Fhnews.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan Muxtar Respublikasında 10, Aran rayonlarında 11, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək istidır.

Paylaş: