Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları davam edir
İyulun 17 və 18-i tarixlərində “Musiqi müəllimliyi” ixtisası (32 və 33-cü komissiyalar) üzrə mərkəzləşdirilmiş qaydada ixtisas imtahanı keçirilir.
Fhnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlar Bülbül adına orta ixtisas musiqi məktəbi, Gəncə Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Universitetində təşkil edilir. Abituriyentlərin qiymətləndirilməsi mərkəzin inzibati binasında fəaliyyət göstərən Qabiliyyət İmtahanı Komissiyası tərəfindən onlayn təşkil olunur.
İmtahana gələn abituriyentlər (subbakalavrlar) şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi” və “Proqram forması” mütləq gətirməlidirlər.
Abituriyentlər ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyəsi üzrə orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçiriləcək qabiliyyət imtahanı komissiyalarına aid (9 illik – 221, 222, 223, 224, 225, 227, 228, 229, 321, 322, 323, 324, 327,621, 622, 623, 624, 627, 11 illik - 4106, 4306, 4406, 4506) “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər.
İmtahan komissiyaları və qrafiklə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, 32 və 33-cü qabiliyyət imtahanı komissiyalar üzrə imtahan proqramı mütləq konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Müşayiətsiz ifa qəbul edilmir.
Konsertmeysterlər buradan qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...