24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Monqolustanın baş prokuroru Azərbaycanın cinayətkarlığa qarşı mübarizə tədbirləri barədə məlumatlandırılıb

29-09-2024
IMG

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 29-da Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Monqolustanın baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İki ölkənin mövcud qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayan Kamran Əliyev Azərbaycanda həyata keçirilən cinayətkarlığa qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror Kamran Əliyev COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas keçirəcəyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Monqolustanın prokurorluq orqanları ilə möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsindən və prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən danışıb.

Monqolustanın baş prokuroru prokurorluq orqanlarında həyata keçirilən islahatları eləcə də, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib, həmçinin 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Kamran Əliyevi təbrik edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Paylaş: