24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Moldova ilə yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikir mübadiləsi aparılıb

15-11-2024
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin, dayanıqlı iqtisadiyyatın təşviqinin və biznes strategiyalarının geoiqtisadi tələblərə uyğun formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Görüş iştirakçıları ölkələrimizin iqtisadi əlaqələrinin səmərəliliyinin artırılması üçün mövcud imkanları nəzərdən keçirərək, sənaye, energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər. Yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Paylaş: