Məktəblilər arasında Beynəlxalq Kosmik Olimpiada başlanıb
Azərbaycanda ilk dəfə 30 ümumi təhsil müəssisəsinin 7-9-cu siniflərindən seçilmiş 600 məktəblini bir araya gətirən Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsinə start verilib.
Fhnews.az “Azərkosmos”a istinadla xəbər verir ki, olimpiadaya cəlb olunmuş şagirdlər, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, beynəlxalq tərəfdaşlar, məktəb direktorları, olimpiadanın fasilitator müəllimləri, layihə koordinatorları ilə görüş keçirilib. Görüşdə olimpiadanın hədəfi, məqsədləri, iştirak qaydaları, mərhələləri, mövzular, mərhələlər üzrə tapşırıqların icrası və təsdiq edilməsi qaydaları barədə bütün zəruri məlumatlar təqdim edilib.
Bildirilib ki, milli mərhələ 2024-2025-ci tədris ilini əhatə edəcək. İnteraktiv metoda əsaslanan olimpiada mərhələlərini keçən məktəblilər 7 ay müddətində “Kosmik stansiyalar-innovasiyalar və biznes həlləri” mövzusu istiqamətində problemlərin orijinal həllərini tapmaqla təcrübə qazanacaqlar. İnteraktiv metod imkan verəcək ki, məktəblilər bilikləri hazır şəkildə deyil, bu bilikləri daha çox özləri birlikdə axtarıb taparaq ortaya həll qoysunlar.
Xatırladaq ki, kosmik olimpiada “Azərkosmos”un “KOSMİK Akademiya”sının təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə keçirilir.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...