“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fotomüsabiqə
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində fotomüsabiqə keçirilib.
Fhnews.az xəbər verir ki, BDU-dan verilən məlumata görə, fakültənin dekan müavini Nəzakət Kərimova müsabiqənin keçirilməsində əsas məqsədin ətraf mühitin mühafizəsində gənclərin rolunu artırmaq, tələbələrin ekoloji şüurunu formalaşdırmaq olduğunu deyib. O diqqətə çatdırıb ki, bu il ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu isə hər bir Azərbaycan vətəndaşından ciddi məsuliyyət tələb etməklə yanaşı, bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi zərurətini yaradıb. Sosial elmlər və psixologiya fakültəsində təhsil alan tələbələr tərəfindən “Anamız təbiət” adlı fotomüsabiqəyə müxtəlif təbiət mənzərələrini əks etdirən 150 şəkil daxil olub.
Münsiflər heyətinin rəhbəri, BDU-nun Jurnalistika fakültəsinin fotojurnalistika fənni üzrə müəllimi Mirakif Babayev iştirakçılara telefon və ya fotoaparatla şəkil çəkmək texnikasını başa salıb. O, müsabiqəyə təqdim olunmuş 150 şəkildən 91-nin təhlil-qiymətləndirmə mərhələsinə buraxıldığını, 6 fotonun isə qalib elan olunduğunu diqqətə çatdırıb.
Müsabiqənin nəticələrinə əsasən, fakültənin tələbələri Səbinə Qasımova I, Amina Məhərrəmova, Nəzərli Ceyran II, Ariz Məmmədov, Aynur Həmidova və Ceyran Nəzərli isə III yerə layiq görülüblər.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...