“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulu başa çatıb
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 42 özəl məktəbəqədər təhsil müəssisəsi tərəfindən müraciət daxil olub.
Nazirlikdən verilən məlumata görə, hazırda müsabiqə iştirakçılarına və sənədlərə verilən tələblər yoxlanılır. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Elm və Təhsil Nazirliyinin internet resursları vasitəsilə yayımlanacaq.
Qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...