Landşaftşünas alimlər çöl tədqiqatında təhlükəli prosesləri araşdırıblar
Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov başda olmaqla şöbənin əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları Səidə Zeynalova, Müseyib Yunusov, Gülnar Hacıyeva və Sevil Quliyeva, elmi işçi Emil Cəbrayılov, kiçik elmi işçi Aminə Muradova və mütəxəssis Aygün Hacıyeva 15 gün müddətində Oğuz, İsmayıllı, Şamaxı və Qəbələ rayonları ərazisində çöl tədqiqatlarında olublar.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, məqsəd tədqiqat ərazisində son dövrlərdə qəfil sinoptik hadisələrin təsiri ilə landşaft-ekoloji təhlükə və risk əmələ gətirən sürüşmə, sürüşmə-uçqun, sel, eroziya və s. ekzodinamiki proseslərin başvermə səbəbləri, aktivliyin artması və onlara qarşı mübarizə tədbirlərinin hərtərəfli şəkildə öyrənilməsi, irimiqyaslı rəqəmsal xəritələşdirilmənin aparılması üçün informasiyanın toplanılması olub.
Tədqiqatlar nəticəsində sürüşmələrin ən aktiv olduğu ərazilərə Ləngəbiz silsiləsinin şimal-qərbi Ağsu aşırımı, Baş Qafqaz silsiləsinin cənub-şərqə uzanan dağ qolunun hər iki yamacı, Dəmirçilər-Lahıc yolu və ətrafı, Lahıc-İsmayıllı yolunun Girdmançay kanyonundan keçən hissəsi, Qoydan kəndi ərazisi, Lahıc çökəkliyini əhatələyən dağ yamacları, Qovdağ silsiləsinin şimal yamacları və s. aid edilib və uyğun xəritələşmə aparılıb. Böyük Qafqazın cənub və cənub-şərq yamacının çay hövzələrindəki sel ocaqları müəyyən edilib, sel riskləri qiymətləndirilib.
Hazırda toplanmış materialların kameral şəraitdə emalı və təhlili aparılır.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...