Keniyalı idmançı dünya rekorduna imza atıb
Keniyalı idmançı Perez Cepçirçir qadınlar arasında marafon üzrə dünya rekordu qırıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, rekord London marafonunda qeydə alınıb.
Cepçirçir məsafəni 2 saat 16 dəqiqə 16 saniyəyə qət edib. Bundan əvvəlki rekordu 2017-ci ildə keniyalı atlet Meri Keytani müəyyən etmişdi - 2 saat 17 dəqiqə 1 saniyə.
Qeyd edək ki, Cepçirçir 30 yaşındadır və Tokio Olimpiadasının marafon qalibidir. O, həmçinin üç dəfə fərdi yarışlarda və bir dəfə komanda şəklində Dünya Marafon Çempionatının qalibi olub.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...