Faktiki hava açıqlanıb: Azərbaycan ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur
Milli Hidrometeorologiya Xidmətinin mayın 14-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır.
Xidmətdən verilən məlumata görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Qəbələdə 88, Oğuzda 65, Balakəndə 61, Zaqatalada 46, Göyçayda 44, Şəkidə 31, Lənkəranda 28, Astarada 25, İsmayıllı, Qaxda 21, Zərdabda 18, Kürdəmirdə 17, Şahbuzda 13, Quba, Gədəbəydə 12, Qrız, Qusar, Beyləqan, Ağdamda 10, Ordubad, Ağsu, Lerik, Naxçıvanda 9, Şahdağ, Naftalan, Daşkəsəndə 8, Tərtər, Bərdə, Xaltan, Yevlax, İmişli, Mingəçevir, Göygöl, Qobustan, Sədərək, Şəmkir, Sabirabad, Şamaxı, Altıağac, Şabran, Gəncə, Yardımlı, Ceyrançöl, Culfa, Tovuz, Qax, Ağstafa, Biləsuvar, Şərurda 7 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.
Yağan intensiv yağış nəticəsində respublikanin çaylarında sululuq artıb, Girdimançay (İsmayıllı), Kürmükçay (Qax), Dəmiraparançay (Qəbələ), Balakənçay (Balakən) çaylarından qısamüddətli sel keçib.
Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Balakən, Şəki, Şamaxı, Qusar, Qrız, Şabran, Gədəbəy, Zaqatala, Qax, Lerikdə duman müşahidə olunub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti ilkin məlumata görə, mayın 17-si axşamadək fasilələrlə davam edəcək.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...