24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlərin nəzərinə
 

22-07-2024
IMG

İnzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə iyulun 28-də 2024-cü il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər.

Fhnews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Paylaş: