Dövlət Miqrasiya Xidmətinin Çağrı mərkəzinə edilən zənglərin əksəriyyəti müvəqqəti yaşama icazəsi ilə bağlı olub
Dövlət Miqrasiya Xidməti (DMX) 2024-cü ilin avqust ayı üzrə statistik məlumatları açıqlayıb.
DMX-dən verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2024-cü ilin avqust ayı ərzində 5685 zəng cavablandırılıb. Onlardan 4908-i Azərbaycan dilində, 710-u rus dilində, 67-si isə ingilis dilində cavablandırılıb.
Qəbul edilən zənglərin 1524-ü müvəqqəti yaşama icazəsi, 77-i müvəqqəti olma müddətinin uzadılması, 441-i vətəndaşlıq məsələləri, 909-u olduğu yer üzrə qeydiyyat, 392-si daimi yaşama icazəsi, 579-u iş icazəsi, 298-i inzibati xəta, 1465-i isə digər məsələlərlə bağlı olub.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...