24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Doqquz ayda 300 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

08-10-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında 303,3 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 124 mini münasib işlərlə təmin edilib, 11,9 mini isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Bu ilin 9 ayında, həmçinin 12,2 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 155,2 minədək şəxsə peşəyönümü xidmətlər göstərilib.

Paylaş: