Cənub və Cənub-Şərqi Asiyanın bir çox ölkəsində rekord istilər davam edir
Cənub və Cənub-Şərqi Asiyanın bir çox ölkəsində həddindən artıq istilər məktəblərin müvəqqəti bağlanmasına səbəb olub.“Gulf Today” qəzetinin məlumatına görə, Hindistanın Kerala əyalətində hökumət mayın 6-dək ştatda məktəbləri bağlamaq qərarına gəlib.Hindistan Meteorologiya İdarəsinin məlumatına görə, ötən ay Keralada 5 isti dalğası qeydə alınıb.
Bölgədə kifayət qədər fırtınaların olmaması və ölkənin cənub-şərq sahilləri yaxınlığında antisiklonik dövriyyə isti dalğalara səbəb olub.
“NBC News”un məlumatına görə, temperaturun 37 dərəcəni keçdiyi Banqladeşdə də təhsil dayandırılıb.Qeyd olunub ki, ölkədə təxminən 33 milyon uşaq məktəbə gedə bilmir.Kambocada isə dövlət məktəbləri təhsili gündə 2 saata endirib.
Temperaturun təhlükəli həddə çatdığı bildirilən Filippində üzbəüz təhsil 4 gün müddətinə dayandırılıb. Paytaxt Manilada temperaturun 37 dərəcəni keçə biləcəyi təxmin edilir.Sinqapur Yer Rəsədxanasının direktoru Benjamin Horton temperaturlara uzunmüddətli həll yolu tapmağın vacibliyinə diqqət çəkərək deyib ki, istixana qazı emissiyaları problemi həll edilməlidir.
Yaponiya sahillərində 5,1 maqnitudalı...
Təbii fəlakət İspaniyada ÜDM-in artımına...
Somalidən olan 20-dən çox qaçqın Komor...
İngiltərədə 24 saat ərzində 3 şübhəli...
Fırtına İzmirdə məscidin minarəsini...