24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

14-05-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-aprel ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 58,5 min nəfəri münasib işlərlə təmin edilib, 1,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Həmin dövrdə Agentlik tərəfindən 5,6 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 75 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

Paylaş: