24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Bu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq məzunlarının sayına görə ADNSU ölkədə liderdir

19-08-2024
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 55 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil hüququ qazanıb.

Universitetdən verilən məlumata görə, Dövlət Proqramı əsasında xaricdə təhsil alacaq gənclərdən 26 nəfəri ADNSU-nun, 29 nəfəri isə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunudur. Eyni zamanda, məzunların 7 nəfəri Hökumətlərarası Təqaüd Proqramı ilə xarici ölkələrdə təhsil almaq şansı qazanıb. Dövlət proqramı ilə xaricdə təhsil alacaq 500 tələbənin 11 faizi ADNSU-nun məzunudur. Bu, yerli ali təhsil müəssisələri arasında sayına görə ən yüksək göstəricidir.

ADNSU-nun məzunları Dövlət Proqramı çərçivəsində ABŞ-ın Merilend, Ostin Texas, Minnesota universitetlərində, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Bristol, Kardiff, Mançester, Aberdin universitetlərində, London Kraliça Mariya Universitetində, İtaliyanın Turin Politexnik Universiteti və digər ölkələrin nüfuzlu ali məktəblərində təhsil alacaqlar.

Paylaş: