BMU-İNHA İDP çərçivəsində 83 tələbə Koreyada təhsil alacaq
Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində 83 tələbə Koreya Respublikasında təhsil alacaq.
BMU-dan verilən məlumata görə, təhsillərini davam etdirmək üçün avqustun 17-18-də Koreyaya yola düşən 2021/2022-ci tədris ili proqramının tələbələri artıq İnçon şəhərinə yerləşiblər.
Sonuncu kursu cari il sentyabr ayının 2-dən İNHA Universitetində davam etdirəcək 83 tələbə avqustun 19-dan etibarən yeni mühitdə tədris prosesinə çevik uyğunlaşmaq məqsədilə intensiv şəkildə baza əsaslı dərslərə qatılırlar.
Tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə əsasən tələbələr bakalavriat səviyyəsində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar.
Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.
BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...