BMT-də COP “Troyka” prezidentliklərinin növbəti yüksək səviyyəli iclası keçirilib
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində COP “Troyka” prezidentliklərinin növbəti yüksək səviyyəli iclası keçirilib.
Fhnews.az xəbər verir ki, COP29-un Prezidenti Muxtar Babayev çıxış edərək qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə birgə səylərin vacibliyini vurğulayıb. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) "Troyka" ölkələri – Birləşmiş Ərəb Əmirlikləri (COP28) və Braziliya (COP30) ilə əməkdaşlığı önə çəkib.
Muxtar Babayev qeyd edib ki, COP29 Bakı sammiti dünya ölkələri üçün kritik bir məqam olacaq. "Elmi nəticələr göstərir ki, hazırda dünya Paris Sazişinin hədəflərinə çatmaq üçün kifayət qədər sürətlə irəliləmir. Biz 1,5°C hədəfinin reallaşması üçün milli səviyyədə müəyyən edilən töhfələrin hədəflərini artırmalıyıq”, – deyə COP29 Prezidenti bildirib.
Tədbir çərçivəsində Azərbaycan və Braziliya arasında qəbul edilən Bakı-Belem İqlim Tərəfdaşlığı Memorandumunun ölkələr arasında davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi üçün vacib bir çərçivə təmin etdiyi qeyd edilib.
Muxtar Babayev vurğulayıb ki, COP29-da yeni maliyyə məqsədlərinin razılaşdırılması və inkişaf edən ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizədə dəstəyin artırılması üçün geniş bir konsensus yaradılmalıdır. “Qarşıdakı günlər və aylar ərzində bu mövzuda bütün ölkələr arasında səmimi əməkdaşlığa ehtiyacımız var”, – deyə o əlavə edib.
Tədbirdə bir sıra ölkələrin nazir və yüksək səviyyəli nümayəndələri, o cümlədən beynəlxalq təşkilatlar iştirak edərək növbəti milli səviyyədə müəyyən edilən töhfələrin hədəflərini açıqlayıblar.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...