Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Fhnews.az xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda üç lent və iki topla qrup hərəkətlərində buna nail olublar. Onlar hakimlər tərəfindən 69.050 xalla qiymətləndiriliblər.
Bu proqramda İspaniya komandası birinci, İtaliya komandası isə ikinci yeri tutub.
Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...