23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanın titullu karateçisinin Parisdəki yarışa qatılmamasının səbəbi bəlli olub
 

25-01-2024

Qadın karateçilərdən ibarət Azərbaycan yığmasının lideri İrina Zaretskanın Fransanın paytaxtı Parisda keçiriləcək Premyer Liqa turnirində iştirak edə bilməməsinin səbəbi bəlli olub.

Fhnews.az xəbər verir ki, Azərbaycan Karate Federasiyanın (AKF) idarə heyətinin üzvü Yaşar Bəşirovun verdiyi məlumata görə, 28 yaşlı idmançı zədəli olduğu üçün yarışdan kənarda qalıb.

AKF rəsmisi üçqat dünya çempionunun hazırlıq prosesində zədə aldığını bildirib: “Bizə zəng vurdu və yarışı buraxacağını bildirdi. Əlbəttə ki, onun yoxluğu komandamız üçün ciddi itkidir”.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 26-28-də keçiriləcək Premyer Liqa turnirində 7 karateçi ilə təmsil olunacaq. Kişilərin yarışında Tural Ağalarzadə (67 kiloqram), Əminağa Quliyev və Fərid Savadov (hər ikisi 60 kiloqram), Turqut Həsənov (84 kiloqram), Asiman Qurbanlı (+84 kiloqram), qadınların mübarizəsində isə Fidan Teymurova (50 kiloqram) və Mədinə Sadıqova (55 kiloqram) qüvvəsini sınayacaq.

Paylaş: