Azərbaycanın daha bir boksçusu Avropa çempionu tituluna yiyələnib
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi adına sahib olub.
Fhnews.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın heyətində Ömər Aslanlı (kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.
Bununla da millimiz Avropa birinciliyini iki qızıl medalla başa vurub.
Qeyd edək ki, komandamızın heyətində daha öncə Bilalhəbaşi Nəzərov (48 kiloqram) Avropa çempionu tituluna layiq görülüb.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...