Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest”in 6-cı həftəsi uğurla başa çatıb
Ümumilikdə 2 mindən çox gəncin iştirak edəcəyi "Yay Fest" uğurla davam edir.
Fhnews.az xəbər verir ki, Gənclər Fondundan verilən məlumata görə, əyləncəli, öyrədici və dinamik atmosferdə yenidən başlayan festivalın 6-cı düşərgəsi başa çatıb.
“Birlikdə daha yaşıl gələcəyə!” devizi ilə keçirilən çadır tipli düşərgə formatında keçirilən "Yay Fest"in başlıca məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqinə, gənclərin inkişafı və onların asudə vaxtının səmərəli və əyləncəli keçirməsinə, o cümlədən müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək vermək olub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, bu ilki düşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunub.
İyulun 15-dən etibarən başlayan "Yay Fest"in 6-cı düşərgəsi avqustun 19-dan 23-dək gənclər üçün unudulmaz, əyləncəli, yadda qalan və öyrədici olub. Təbiət qoynunda təşkil olunan ekoloji oyunlar, məşhur bloqerlərlə panel görüşlər, komanda işləri, haykinq və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Həmçinin, düşərgə iştirakçıları müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin və sosiallaşmanın vacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlı və dinamik proqram, onların həm asudə vaxtını səmərəli keçirməsinə, həm də şəxsi və peşəkar inkişafına töhfə verib.
Düşərgə çərçivəsində “IDEA” İctimai Birliyi tərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsini artırmaqla yanaşı, onların ekoloji təhlükəsizliyə məsuliyyətli yanaşmasını təşviq edib.
Eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətinin ekspertləri tərəfindən dayanıqlılıq, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi müxtəlif mövzularda intensiv təlimlər təşkil olunub.
Qeyd edək ki, bu il "Yay Fest" Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...