Azərbaycan pauerliftinqçisi Dünya Kubokunda qızıl medal qazanıb
Azərbaycan pauerliftinqçisi Faiq Məmmədov Misirin Şarm-əş-Şeyx şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanıb.
Fhnews.az xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini qabaqlayaraq birinci olub.
O, 160 kiloqram çəkinin öhdəsindən gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...