Azərbaycan cüdoçuları Avropa Kubokunda 6 medal qazanıblar
Azərbaycanın gənc cüdoçuları İtaliyanın Liqnano şəhərində keçirilmiş Avropa Kubokunda 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.
Fhnews.az xəbər verir ki, milli komanda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Yarışın ikinci günündə Əjdər Bağırov (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Süleyman Şükürov (81 kiloqram) gümüş, Nihad Şıxəlizadə (100 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kiloqram) qızıl, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc mükafata layiq görülüb.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...