Azərbaycan ərazisində quşların 42 faizi ölkənin şimalında qeydə alınıb
Azərbaycan ərazisindən ən böyük miqrasiya yollarından biri keçdiyinə görə ölkəmiz həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkandır.
Ölkəmizdə quşların qışlama müddəti nəzərə alınaraq hər il yanvar ayında quşların sayılması prosesi həyata keçirilir. Bu il keçirilən sayılma prosesində ornitoloq-ekspertlər son illərin statistikasına əsasən iqlim dəyişmələrinin, su-bataqlıq ərazilərinin artıb-azalmasının quşların miqrasiya marşrutlarına təsir göstərdiyini və quşların daha da cənuba köç etməsini qeyd ediblər. Qeydə alınmış quşların əksəriyyəti ördəklərin müxtəlif növlərindən, qаşqаldаq və bəzgəkdən ibarət olub.
Fhnews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Azərbaycan Respublikasının ərazisində yayılmış quşların (o cümlədən, oturaq və köçəri) qış sayılması prosesi nəticəsində quşların ümumi sayının 42 faizi ölkənin şimalında, 37 faizi cənubunda, 14 faizi mərkəzində, 7 faizi isə qərbində müşahidə olunub.
Həmçinin sayılma nəticəsində Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) “Qırmızı Siyahısı”na və Аzərbаycаn Respublikasının “Qırmızı Kitаb”ınа düşən 12 növ qеydə аlınıb.
Bu il 239 min 83 quş Qızılаğаc Milli Parkında, 96 min 797 quş Abşeron Milli Parkı və ətrafında, 87 min 636 quş Ələt buxtasında, 77 min 305 quş Ağgöl Milli Parkında, 26 min 385 quş Acınohur düzündə qeydə alınıb.
Qeyd edək ki, aprelin 1-i dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb və bu gün dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. UNESCO-nun İnsan və Biosfer proqramı çərçivəsində hər il qeyd edilən günün əsas məqsədi diqqəti vəhşi quşların qorunmasına yönəltməkdir.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...