AQTA kərə və bitki yağları ilə bağlı ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kərə və bitki yağlarının satışını həyata keçirən ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib.
Fhnews.az xəbər verir ki, müraciətdə bildirilir: “Bir sıra ticarət obyektlərində kərə və bitki yağları eyni satış sahələrində (vitrin) yerləşdirilir. Bu isə istehlakçı hüquqlarının pozulması hallarına gətirib çıxarır. Ona görə də belə halların qarşısını almaq üçün market və digər ticarət obyektlərində kərə və bitki yağlarının satışı ayrı-ayrı sahələrdə təmin olunmalıdır. Həmçinin müvafiq vitrinlərin üzərində “Kərə yağları” və “Bitki yağları” yazılmış ayrı-ayrı lövhələr qoyulmalıdır”.
Agentlik bəyan edir ki, digər qida məhsulları kimi, yağlarla bağlı da yoxlama və monitorinqlər davam etdirilir. Nəzarət tədbirləri zamanı yağ məhsullarına ümumi orqanoleptik baxış keçirilir və müayinə üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunur. Uyğunsuzluqlar aşkarlananda qanunamüvafiq tədbirlər görülür. Bununla yanaşı, AQTA istehlakçıları yağ alarkən, etiket məlumatlarına diqqət yetirməyə çağırır. Eyni zamanda, istehlakçılardan xahiş olunur ki, kərə yağı adı altında bitki yağlarının satışa çıxarılması və buna oxşar digər hallarla qarşılaşdıqda Agentliyin “1003” Çağrı mərkəzinə müraciət etsinlər.
Qeyd edək ki, kərə və bitki yağları tərkibinə görə fərqlənir. Kərə yağı qidalılıq dəyərinə görə yüksək keyfiyyətə malikdir və tərkibi əsasən süd yağından ibarətdir. Bitki yağlarının tərkibini isə əsasən günəbaxan, palma, raps və soya bitkilərinin yağları təşkil edir.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...