24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Adaptasiya Fondunun sədri: İqlim maliyyəsinə asan çıxış yollarını təmin etməliyik

14-11-2024
IMG

“Uzun illərdir ki, müxtəlif iqlim maliyyə fondları birlikdə fəaliyyət göstərir. İqlim böhranının artdığı bir vaxtda biz iqlim maliyyəsinə asan çıxış yollarını təmin etməliyik. Bu sahədə əldə etdiyimiz nəticələrdən məmnunam”.

Fhnews.az xəbər verir ki, bunu Adaptasiya Fondunun sədri Mikko Ollikaynen BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən “COP29 Sədrliyi və MCF-in ( Çoxtərəfli İqlim Fondları) Birgə Tədbiri: İqlim Təsirini Sürətləndirmək” adlı tədbirdə deyib.

“Əlimizdə olan bütün resursları iqlim maliyyəsinə yönləndirməliyik. Bizim Adaptasiya Fondumuz da iqlim maliyyəsinə lazım olan töhfəni verməyə hazırdır və bu sahədə də biz başqa fondlarla da əməkdaşlıq edirik”, - deyə o bildirib.

Paylaş: