9 may 2025, cümə Bakı, 23°C
IMG-LOGO

2027-ci ildə atletika üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

29-02-2024

2027-ci ildə atletika üzrə dünya çempionatının keçiriləcəyi ölkə bəlli olub.

Fhnews.az Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışa Çinin paytaxtı Pekin ev sahibliyi edəcək.

Turnir 2025-ci ildə isə Yaponiyanın paytaxtı Tokioda baş tutacaq.

Qeyd edək ki, atletika üzrə sonuncu dünya çempionatı ötən ilin avqustunda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunub.

Paylaş: