20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turnirinin açılışı olub
Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) dəstəyi və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan IX "Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Fhnews.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AKFA-nın prezidenti (AKFA) Ülvi Quliyev ölkədə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan assosiasiya rəhbəri Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.
Millət vəkili Vüqar İsgəndərli yarışın yüksək səviyyədə təşkil edildiyini qeyd edib. O, digər sahələrdə olduğu kimi, ölkə idmanında da yeni səhifə açıldığını söyləyib.
Turnirin önəmindən söz açan "Arpaçay" karate klubunun rəhbəri Yavər Hüseynov bu cür yarışların davamlı olacağını söyləyib.
Mərasim bədii hissə ilə davam edib.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Çexiya, Özbəkistan, Qazaxıstan və Oman idmançıları da iştirak edirlər.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...