Parisdəki Atletlər kəndində Azərbaycan paralimpiyaçıları ilə görüş olub
Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin rəsmiləri Parisdəki Atletlər kəndində Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
MPK-nin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində saxlandığı vurğulanıb.
“Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq idmançılara uğurlar arzulanıb. Onların dördilliyin ən mötəbər turnirində yeni parlaq qələbələrə imza atmaq əzmində olduğu bildirilib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...