"Paris-2024": Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Fhnews.az xəbər verir ki, K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenxamı sınağa çəkib.
Rəqibinə 12:3 hesabı ilə qalib gələn S.Zeynalov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bununla da Azərbaycan Paris Paralimpiadasında ilk medalını əldə edib.
Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...