Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun mövqeləri müxtəlif...
MN: Ermənistan silahlı təxribatlarını...
Azərbaycan Ordusunda 31 Mart -...
MN: Ermənistan tərəfinin təxribatçı...
Ermənistan silahlı qüvvələri növbəti...