“Paris-2024”: Azərbaycan parataekvondoçusu yarımfinala yüksəlib
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.
Fhnews.az xəbər verir ki, K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda yaponiyalı Mitsuya Tanaka ilə qarşılaşıb.
Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...