2 aprel 2025, çərşənbə Bakı, 20°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

22-06-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri Xəzər rayonu 26, Nəsimi rayonu 268, Suraxanı rayonu 327 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Sumqayıt şəhərində yerləşən parklarda və istirahət mərkəzlərində istirahət edən vətəndaşlar üçün, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər K.D.Uşinski adına 29 və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və Dövlət Aqrar İnkişaf Mərkəzində, Şimal Regional Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində və Aran Regional Mərkəzi tərəfindən Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində və Ucar rayon Mərkəzi Kitabxanasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş: