Faktiki hava: bölgələrdə qeyri-sabit hava şəraiti davam edib
Ölkə ərazisində iyunun 23-ü saat 9:00-a olan hava məlumatı açıqlanıb.
Fhnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.
İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 millimetrədək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 20-25 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.
Ağdam rayonunda mina hadisəsi baş...
Autizm sindromlu əlilliyi olan şəxslər...
Martda xüsusi şərtlərlə əmək pensiyası...
Vəkillər Kollegiyasının nümayəndə heyəti...
Sinqapurda keçirilən beynəlxalq...