Bu gün “Paris-2024” Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün “Paris-2024” Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Fhnews.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Yelisey Çölləri prospektində start götürəcək mərasimə Konkord meydanında yekun vurulacaq.
Tədbirin gedişində paralimpiyaçıların paradı olacaq. Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandıracaqlar.
Açılış mərasimini 65 min tamaşaçı izləyə biləcək. 35 min tamaşaçı üçün ödənişli oturacaq yerləri quraşdırılıb. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyəcək.
Azərbaycan Paris Paralimpiadasında 7 növdə 19 idmançı ilə təmsil olunacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...