AFAD Sednaya həbsxanasında axtarış işlərini davam etdirir
AFAD qrupları Bəşər Əsədin işgəncə mərkəzi olan Sednaya həbsxanasında qapalı qaldığı ehtimal edilən insanların axtarışı, yoxlanılması və xilasetmə işlərinə başlayıb.
Dəməşqdəki Sednaya Həbsxanasında Afət və Fövqəladə Hallar Rəhbərliyinin başlatdığı axtarış-xilasetmə işləri 120 personal, 43 texnika və 4 axtarış iti ilə davam edir. Sednaya Həbsxanasında qapalı qaldığı düşünülən şəxslər üçün göndərilən AFAD qrupları bölgəyə gələrək böyük diqqətlə işlərinə davam edir.
AFAD bununla bağlı açıqlama verərək bildirib ki, mütəxəssis qruplarımız tərəfindən böyük diqqətlə həyata keçirilən işdə divar arxası görüntüləmə cihazı, yer radarı, seysmik akustik dinləmə cihazı kimi bütün texniki imkan və avadanlıqlardan istifadə edilir.
BMT-nin Baş katibi: Autizmli insanlar...
Hər 10 britaniyalıdan 6-sı səhiyyə...
İndoneziyada II Dünya müharibəsindən...
Yüksək əzələ gücü diabetin qarşısının...
Cənubi Koreyada meşə yanğınları...