Şahdağda keçirilən "Heydər Əliyev Kuboku" turnirinin qalibləri məlum olub
"Şahdağ" Turizm Mərkəzində keçirilən həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku" turnirinə yekun vurulub.
Fhnews.az xəbər verir ki, altı yaş kateqoriyasında çıxış edən həvəskar xizəkçilərin mükafatlandırma mərasimi keçirilib. 18-25 yaş kişilər arasında Ramiz Ağayev 1-ci, Cəmil Qarayev 2-ci, Arif Aşurbəyov isə 3-cü yerə layiq görülüb.
26-45 yaş kateqoriyalı kişilər arasında Rəşad Mədətov 1-ci, Amir Abdullayev 2-ci, Emin Rəsulov isə 3-cü olub.
26-45 yaş kateqoriyalı qadınlar arasında Anna Vəliyeva 1-ci, Günay Abdullayeva isə 2-ci yerə layiq görülüb.
46 yaş və yuxarı qadınların yarışında Mona Krems birinci yeri tutub.
46 yaş və yuxarı kişilərin yarışında Nikolay Podbereznikov 1-ci, Sergey Zaridov 2-ci, Svoren Vlodemir isə 3-cü olub.
Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub.
Qeyd edək ki, "Heydər Əliyev Kuboku" fevralın 17-də böyüklər və uşaqlar arasında snoubord, 24 fevralda isə uşaqlar arasında xizək yarışı üzrə davam etdiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...