“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
Bu il Fransanın ev sahibliyi edəcəyi Paris Yay Olimpiya Oyunlarının başlanmasına 100 gün qalıb.
Fhnews.az xəbər verir ki, 33-cü Yay Olimpiya Oyunları iyulun 26-da keçiriləcək açılış mərasimi ilə rəsmi olaraq start götürəcək. Mərasim Sena çayında təşkil olunacaq.
Yay Olimpiadası 1900 və 1924-cü illərdən sonra üçüncü dəfə Fransada keçiriləcək. Dördilliyin ən nüfuzlu yarışının proqramına 28 idman növü ilə yanaşı, breykdans, idman dırmanması, skeytbordinq və dalğa sörfinqi kimi yeni növlər də daxil edilib. 17 gün davam edəcək Oyunlarda 10500 idmançı medallar uğrunda mübarizə aparacaq. Medal qazanan idmançılar özləri ilə Parisin simvolu hesab olunan Eyfel qülləsindən bir parça götürə biləcəklər. Belə ki, qüllənin təmiri zamanı dəyişdirilən hissələr yarış üçün hazırlanmış medalların tərkibinə əlavə olunub. Beləliklə, mükafata layiq görülən idmançılar sinələrində Eyfel qülləsindən orijinal parça daşıyacaqlar. Medalların ortasına qoyulan dəmir parçaların hər birinin çəkisi 18 qram olacaq.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...