Həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku"na start verilib
Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə həvəskar xizəkçilər arasında “Heydər Əliyev Kuboku” turnirinə start verilib.
Fhnews.az xəbər verir ki, yarışın keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların keçirilməsi istiqamətində təcrübəsini genişləndirməkdir. Turnirdə əvvəlcədən qeydiyyatdan keçən, 6 müxtəlif yaş kateqoriyası üzrə 60-a yaxın həvəskar idmançı xizək yarışının “Slalom Gigant” növü üzrə birincilik uğrunda mübarizə aparır. Mübarizədə (18-25 kişilər, 18-25 yaş qadınlar), (26-45 yaş kişilər), (26-45 yaş qadınlar), 46 yaşdan yuxarı kişilər və qadınlar iştirak edir.
Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaq.
Qeyd edək ki, "Heydər Əliyev Kuboku" fevralın 17-də böyüklər və uşaqlar arasında “snoubord” üzrə, 24 fevralda isə uşaqlar arasında xizək üzrə davam etdiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...