FIDE reytinqi: Teymur Rəcəbov irəliləyib, Nicat Abasov ilk “100-lüy”ə qayıdıb
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) fevral ayı üçün reytinq cədvəli açıqlanıb.
Fhnews.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “onluq”da Azərbaycan şahmatçıları yer almayıblar.
Ötən reytinqlə müqayisədə iki pillə geriləyən Şəhriyar Məmmədyarov (2723) 26-cı sırada qərarlaşıb.
Əvəzində Teymur Rəcəbov (2723) 25-ci yerə yüksəlib. Rauf Məmmədov (2651) 88-ci, yenidən "100-lüy"ə dönən Nicat Abasov (2641) 96-cı pilləni tutur.
Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ təmsilçiləri Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) müvafiq olaraq, 2-2-cü yerləri bölüşdürürlər.
Azərbaycanın qadın şahmatçıları arasında Günay Məmmədzadə (2449) 26-cı pillədəki mövqeyini qoruyub. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cü sırada yer alıb.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...