Azərbaycanın daha bir cüdoçusu Qran-pridə bürünc medal qazana bilər
Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pri turnirində tatamiyə çıxıb.
Fhnews.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev və Nurlan Osmanov yarışı medalsız başa vurublar.
81 kiloqramda çıxış edən Səid Mollayi ardıcıl iki görüşdə qələbə qazansa da, 1/4 finalda yaponiyalı Hojo Yoşitoya uduzub. Təsəlliverici qarşılaşmasında Hasan Halmurzayevi üstələyən 32 yaşlı idmançı bürünc medal görüşünə vəsiqə əldə edib. Onun rəqibi hələlik məlum deyil.
Bu çəki dərəcəsində çıxış edən digər milli üzvü Zelim Tçkayev isə səhhətindəki problem səbəbindən yarışdan kənarlaşdırılıb.
Qeyd edək ki, Qran-pri turnirinin ilk günündə Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov (66 kiloqram) isə bürünc medalın sahibi olublar. Yarışa yanvarın 28-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...