23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

25-04-2024

Azərbaycan cüdoçusu Balabəy Ağayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Fhnews.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda ispaniyalı Fransisko Qarriqosana məğlub olub.

Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda görüşdə Türkiyə təmsilçisi Salih Yıldıza uduzub.

52 kiloqram çəki dərəcəsində mübariz aparan Aydan Vəliyeva isə bürünc medal qarşılaşmasında macarıstanlı Reka Pupplaya yenilib.

Bununla da Azərbaycanın cüdo millisi Avropa çempionatının ilk gününü bir medalla başa vurub.

Qeyd edək ki, aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.

Paylaş: