9 may 2025, cümə Bakı, 24°C
IMG-LOGO

Azərbaycan cüdoçuları Avropa və dünya çempionatlarına hazırlaşırlar

11-04-2024

Cüdo üzrə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi Çexiyanın Teplis şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.

Fhnews.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından  verilən məlumata görə, iki günlük hazırlıq prosesinə yığmanın 12 üzvü qatılıb.

Qeyd edək ki, təlim-məşq toplanışı mayın 4-5-də keçiriləcək Göygöl Avropa Kubokuna, iyun və avqust aylarında keçiriləcək Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Paylaş: