Pirşağıda dənizdə batdığı ehtimal olunan 27 yaşlı oğlanın axtarışları davam edir (video)
Xəbər verildiyi kimi, 20 avqust 2024-cü il tarixində 1 nəfərin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.
Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun axtarışları dalğıclar tərəfindən fasiləsiz olaraq davam etdirilir.
Əlavə məlumat veriləcək.
Sumqayıt şəhərində yerləşən sexdə yanğın...
Sumqayıtda doqquzmərtəbəli yaşayış...
Bakıda çoxmərtəbəli binada yanğın olub...
Xırdalanda restoranda baş vermiş yanğın...
Masazırda ev yanıb, 1 nəfər yanıq...