Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalan 6 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu ərazisində 1, Binəqədi rayonu ərazisində 2 ünvanda liftdə, Nəsimi rayonu ərazisində isə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfər xilas edilib.
Həmçinin, Salyan rayonu ərazisndə yol-nəqliyyat qəzası nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 4 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.
Sumqayıt şəhərində yerləşən sexdə yanğın...
Sumqayıtda doqquzmərtəbəli yaşayış...
Bakıda çoxmərtəbəli binada yanğın olub...
Xırdalanda restoranda baş vermiş yanğın...
Masazırda ev yanıb, 1 nəfər yanıq...