Köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu yaşayış massivinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Kərimov Raqif Nofəl oğlu dərinliyi təxminən 7 metr olan dərədə köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi ləvazimatların köməyi ilə vətəndaşı dərədən çıxararaq xilas ediblər.
Sumqayıt şəhərində yerləşən sexdə yanğın...
Sumqayıtda doqquzmərtəbəli yaşayış...
Bakıda çoxmərtəbəli binada yanğın olub...
Xırdalanda restoranda baş vermiş yanğın...
Masazırda ev yanıb, 1 nəfər yanıq...